Qurban Qurbanov: "Sonda vacib 3 xal qazandıq"

single-news
28 Okt 2019

Qurban Qurbanov: "Sonda vacib 3 xal qazandıq"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının IX turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i 1:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

 

"Futbolçuları təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birin göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər".

Paylaş