Qurban Qurbanov: "Taktiki cəhətdən çox intizamlı oynadılar"

single-news
10 İyl 2019

Qurban Qurbanov: "Taktiki cəhətdən çox intizamlı oynadılar"



"Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında səfərdə "Partizani" ilə 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 


"Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik".

Paylaş