Qurban Qurbanov üçün 200-cü qol və oyun (qol.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Qurban Qurbanov üçün 200-cü qol və oyun (qol.az)
Azərbaycan Premyer Liqasının arxada qalan II turu və qarşıdan gələn III turu da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdardır.
Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, "Qarabağ"ın “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Qara Qarayevin vurduğu qol Q.Qurbanovun Premyer Liqa oyunlarında sevindiyi 200-cü qol olub.
Bu da məhz baş məşqçi karyerasını başladığı “Neftçi” ilə oyuna təsadüf edib. Həmin oyun gənc çalışdırıcının ölkə çempionatlarında, eyni zamanda Ağdam təmsilçisinin də üst-üstə bütün yarışlarda 80-ci qələbəsi olub.
III turun “Sumqayıt”la oyunu isə Qurbanovun baş məşqçi karyerasında 200-cü matç olacaq. İndiyədək çalışdırdığı “Neftçi” və “Qarabağ”ı daxili yarışlarda və qitə kuboklarında 199 görüşə çıxaran mütəxəssis yubiley oyununa çıxacaq.