Qurban Qurbanov: "Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır"

single-news
30 Sen 2020

Qurban Qurbanov: "Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır"



Sabah Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ımız səfərdə Polşanın"Legiya" klubu ilə qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standard vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Fikrimiz eyni zamanda öz ölkəmizdə qalıb. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır".

Paylaş

// pop up