Qurban Qurbanov: Ukraynalı hakimlər bizə açıq-aşkar mane olurdu(fqol.az, 01-02-2009)

single-news
1 Fev 2009

Qurban Qurbanov: Ukraynalı hakimlər bizə açıq-aşkar mane olurdu(fqol.az, 01-02-2009)



"Qarabağ"`Futbol Klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. 3-cü hazırlıq matçında "Zarya"ya minimal hesabla məğlub olan komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası klubun rəsmi saytına fikirlərini bildirib: "Düzdü, nəticə yenə istədiyimiz kimi alınmadı. Heç vaxt hakimlikdən danışmaqdan xoşum gəlmir. Amma ukraynalı hakimlər bizə açıq-aşkar mane olurdu. Hətta oyunu izləyən Ukraynanın hakimlər komitəsinin üzvü də həmyerlilərindən narazı qaldı. Amma yenə də deyirəm. Bizi hakimlik maraqlandırmır. Premyer liqada belə oynasaq istədiyimizə nail olmuş olarıq. Özəlliklə, ikinci yarıdakı mücadilədən razı qaldım. Yenilərin komandaya uyğunlaşdığı hiss olunur. Amma oyunumuzu nəticəyə çevirməyi bacarmalıyıq. Heç nədən qapımızda qol gördük. Hazırlıq oyunlarında baş verən səhvlər nəticə çıxarmaq üçündür"

Paylaş

// pop up