Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

10 Mar 2018
Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"
Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə “Zirə”ni məğlub edən (2:0) “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:
"Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm".