Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

3 Mar 2019
Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"
Bu gün Azərbaycan Premyer Liqasının XIX turunda "Qarabağ"ımız səfərdə "Keşlə"ni 1:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm".