Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

25 Apr 2021
Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"
"Qarabağ" Premyer Liqanın 24-cü turunda səfərdə "Qəbələ"ni 5:0 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransında iştirak edən baş məşqçimiz Qurban Qurbanov qələbəni şərh edib:
“Çox vacib oyun idi. İlk hissədə bir neçə qol epizodumuz oldu, amma istifadə edə bilmədik. İkinci hissədə demək olar ki, qol imkanlarımızın hamısını dəyərləndirdik. Vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm”.