Qurban Qurbanov: "Vacib qələbə qazandıq"

single-news
27 Apr 2019

Qurban Qurbanov: "Vacib qələbə qazandıq"



Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Zirə"ni 3:0 hesabı ilə məğlub edib.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikilərini bildirib:

"Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qəzandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq futbolçular çox əziyyət çəkdilər. Çalışdılar ki, düzgün oynasınlar. "Zirə"yə də uğurlar arzulayıram.Hər oyunda əsas futboçularımızın çıxmasını istəyirəm. Qəbələdə çox da rotasiya etməmişdik. Bu gün çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Eləcə də "Qəbələ"ylə kubok. Hər ikisi bizim üçün çox önəmlidi"

Paylaş

// pop up