Qurban Qurbanov: "Vacib qələbə qazandıq"

single-news
18 Avq 2020

Qurban Qurbanov: "Vacib qələbə qazandıq"



Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ımız Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesabı ilə məğlub edib. Komandamız baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Vacib qələbə qazandıq. Bir neçə aydan sonra rəsmi matçda qələbə qazanmaq xoşdu. Futbolçularımızı təbrik edirəm. Təəssüf ki, sevimli azarkeşlərimiz tribunada yox idi. Bu gün tam hiss etdik ki, azarkeşsiz futbol nə deməkdi. Qarşıda çempionat və avrokubok oyunlarımız var. Həmin matçlara maksimum diqqətlə hazırlaşacağıq".

Paylaş

// pop up