Qurban Qurbanov: "Vacib xal qazandıq"

single-news
4 Apr 2021

Qurban Qurbanov: "Vacib xal qazandıq"



Premyer Liqanın 21-ci turunda "Qarabağ" səfərdə "Keşlə" ilə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb:

 

"Çox gərgin oyun keçdi. Vacib xal qazandıq. Uzun fasilədən sonra optimal formada olmaq çətindir. Futbolçular minimum bir xala layiq idilər. Mahir Emreli və Qara Qarayev zədəlidirlər. İstədiyimiz dəyişiklikləri edə bilmədik. Belə rəqibə qarşı oynamaq asan deyil. "Keşlə" çox aqressiv oynayırdı. Qarşıdakı oyunlarda diqqətli olmalıyıq".

Paylaş