Qurban Qurbanov: `Visla` favorit olsa da...

single-news
28 İyl 2010

Qurban Qurbanov: `Visla` favorit olsa da...



`Visla` - `Qarabağ` oyunu üçün mətbuat konfransı keçirilib. Bu gün yerli vaxtla 16:00-da `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin önünə çıxıb. Qurban müəllim sözə belə başlayıb:` Təbii ki, kağız üzərində `Visla` favorit görsənir. Polşalılar yaxın keçmişdə `Barselona`nı məğlub etməyi bacarıblar.  Amma keçmişdə olan dünəndə qalıb. Biz bu günlə yaşayırıq.` `Visla`nı analiz etməyə çalışmışıq. Rəqib həqiqətən də gücldür. Topla oynamağı, texnikalı futbolu çox sevir. Amma bu demək deyil ki, biz də boş oturacağıq. Sona qədər mübarizə aparacağıq. Komandamızda zədəli və cəzalı oyunçu yoxdur. Bu bizim bir üstünlüyümüzdür. Polşa futbolunun son illərdə inkişafda olduğunu qeyd etməliyəm. Təbii ki, püçkün bizə verdiyi rəqibi çətin kimi qiymətləndiririk. Amma yenə də qeyd edirəm ki, rəqibə hörmət etməklə bərabər onlarla layiqli mübarizə aparmağa çalıçacağıq. Bizə sərf edən nəticə təbii ki, qələbədir. Bunun çətin olacağını bilirəm. İstənilən halda sərfəli nəticəyə ümid edirəm. Rəqibin çox çılğın azarkeşləri var. Hər kəsi əmin edə bilərəm ki, azarkeşlər oyunda darixmayacaq.`

Paylaş

// pop up