Qurban Qurbanov: "Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir"

single-news
6 Avq 2019

Qurban Qurbanov: "Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir"



"Qarabağ"ımız bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin APOEL klubunu 2:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular. Rəqibin gücü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxaynlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq".

Paylaş