Qurban Qurbanov: “Yaxşı mübarizə getdi”

single-news
11 Apr 2026

Qurban Qurbanov: “Yaxşı mübarizə getdi”



Misli Premyer Liqasının XXVII turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilmədiyimizə baxmayaraq, son saniyələrədək qələbə üçün yaxşı mübarizə getdi. Qol vurmaq üçün çox güc sərf olundu. Belə hallar olur. Qarşıdakı oyunlara baxmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Bugünkü matça qədər bir oyunumuz az idi və 10 xallıq fərq var idi. Bu fərq az deyil. “Sabah” kimi rəqib çox yaxşı futbol göstərir. Qarşıdakı görüşlərdə daha pozitiv olmalıyıq, futbolçuların idman formasını, oyun düşüncəsini, peşəkarlığını yaxşılaşdırmağa çalışacağıq. Qarşıda maraqlı oyunlarımız var. Azarkeşlərə yaxşı oyun göstərmək üçün “Sabah” və “Neftçi” ilə görüşlərimiz var. Sonadək mübarizə aparacağıq. Azarkeşlərimizə yaxşı futbol göstərmək istəyirik”.

Paylaş

// pop up