Qurban Qurbanov: "Yaxşı və təcrübəli komandaya qarşı oynayırıq"

25 Avq 2020
Qurban Qurbanov: "Yaxşı və təcrübəli komandaya qarşı oynayırıq"
"Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsində sabah Moldovanın "Şerif" klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
"Bu oyun bizim üçün çox vacibdir. Həddindən artıq diqqətli olmalıyıq çünki bir oyun nəticəni təmin edir. Yaxşı və təcrübəli komandaya qarşı oynayırıq. Futbolçuların hazırlığı meydanda bir-birini tamamlamalıdır. Düşünürəm ki, sabahkı oyunda hər şey yerli yerində olacaq".