Qurban Qurbanov yenə danışdı

single-news
12 İyl 2012

Qurban Qurbanov yenə danışdı



`Qarabağ`ımız Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Dünən Cənubi Azərbaycandan `Traktorsazi` ilə qarşılaşan və 1:0 qələbə qazanan komandamız bugün 1 məşqlə kifayətlənib. Komandamızın məşqi yerli vaxtla 17:00-da baş tutub.
Bu arada komandamıza qardaş ölkə mətbuatının diqqəti yetərincədir. Türkiyənin tanınmış `Anadalu Ajansı` komandamızın düşrgəsində olub və komandamızın baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıb. `AA`-ya müsahibəsində çalışıdırıcımız hazırlığın ümumi gedişindən, qarşıdan gələn çenmpionatdakı hədəfləriylə yanaşı Türkiyə futbolu ilə bağlı sualları da cavablandırıb. Qardaş ölkə futbolunu yaxından izlədiyini və maraqlandığını və azərbaycanlı futbolçuların yaxın 3-4 ildə superliqada çıxış edə biləcəyini vurğuladı. Türkiyə futbolunda kimi bəyənirsiz sualına ad çəkməsə də bir neçə futbolçunun çıxışını xoşladığını ifadə etdi.
 

Paylaş

// pop up