Qurban Qurbanov yerli dedi

single-news
4 İyn 2010

Qurban Qurbanov yerli dedi



`Qarabağ` bütün mövqelərdə rəqabət artırmaq üçün transfer etmək istəyir`. Bu sözlər `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanova aiddir. Komandamızın gənc çalışdırıcısı mövsümöncəsi transfer siyasəti zamanı yerlilərə üstünlük verəcəyini desə də, legionerin transferini istisna etməyib. Amma bunun üçün bir şərt var:` Bizim yerli oyunçulara üstünlük verdiyimiz məlumdur. Əgər istədiyimiz oyunçuları alsaq, legioner transfer etməyə ehtiyac qalmayacaq. Əks halda, əcnəbilərin xidmətindən yararlanmalı olacağıq. Təbii ki, bu siyahımız da məlumdur. O ki, qaldı Rubinsə. Etiraf etmək lazımdır ki, latviyalı səviyyəli oyunçudur. Onu Azərbaycanda istənilən məşqçi öz komandasında görmək istəyər. Elə məndə. Amma ilk öncə sıralarımızda görmək istədiyimiz yerlilərlə maraqlanacağıq. Rubinslə ilkin olaraq maraqlanmışıq. Amma məsələ transfer söhbətinə qədər irəliləməyib. İnşallah, `Qarabağ`a uyğun olan futbolçuları transfer etməyə çalışacağıq.`

Paylaş

// pop up