Qurban Qurbanov: `Yoldaşlıq görüşləri hazırlıq üçün önəmlidir...`
Qurban Qurbanov: `Yoldaşlıq görüşləri hazırlıq üçün önəmlidir...`
`Qarabağ` Futbol Komandası təlim məşq toplanışını davam etdirir. Günlük iki dəfəlik məşq proqramı bu gündə planauyğun davam etdi. Səfər məşqi bütünlükdə fiziki hazırlığa həsr olundu. Əlli, yüz, iki yüz metrəlik qaçışlarla yüklənən futbolçular axşam məşqində əyləncəli məşqlə bu yorğunluğu atdılar. Maraqlı keçən məşq iki saat davam etdi...
`Qarabağ` Futbol Klubunun Baş Məşqçisi Qurban Qurbanov hazırlığın gedişi barəsində saytımızla fikirlərini bölüşdü: `Hazırlığımız istər fiziki, istərsədə texniki-taktiki baxımdan planauyğun davam edir. transfer məsələlərinə də üstünlük veririk. Bir neçə futbolçu düşərgəmizdədirsə, digər futbolçular yaxın günlərdə gələcəklər ki, onların içərisindən də doğru seçim etməyə çalışacağıq. Hazırlıqda yoldaşlıq görüşləri çox önəmlidir. İlk rəqibimiz Rusiyanın güclü komandalarından olan `Anji`komandası olacaqdır....`
Xatırladaq ki, Anji ilə keçiriləcək oyun 17 yanvar, saat 15:30-da(yerli vaxtla) keçiriləcəkdir.