Qurban Qurbanova "ilin-məşqçisi-2018" mükafatı təqdim olundu

single-news
18 Dek 2018

Qurban Qurbanova "ilin-məşqçisi-2018" mükafatı təqdim olundu



Bu gün "Komanda.az" saytının keçirdiyi "ilin məşqçisi-2018" sorğusunda qalib olan baş məşqçimiz Qurban Qurbanova mükafat təqdim olunub və baş məşqçimiz daha sonra xüsusi hazırlanmış tortu kəsib. Daha sonra baş məşqçimiz bu mükafat haqda da öz fikirlərini bildirib:

 

"Öncə hər birinizə təşəkkür edirəm ki, yenə məni seçdiniz. Deyiləcək çox sözüm yoxdur. Bu ada layiq görüləndən sonra məsuliyyətimiz daha da çoxalır. Gələn il daha diqqətli və ciddi olmalı, futbolumuza daha çox vaxt ayırmalıyıq. Çalışırıq ki, ildən-ilə işimizdə irəliləyiş olsun".

 

Qeyd edək ki, Qurban Qurbanov komanda.az saytının media nümayandələri arasında keçirdiyi "ilin məşqçisi-2018" sorğusunda 63 səsdən 49-nu toplamışdı.

Paylaş

// pop up