Qurban Qurbanov:`Banqa` zəif rəqib deyil`

single-news
20 İyn 2011

Qurban Qurbanov:`Banqa` zəif rəqib deyil`



`Qarabağ`ımızın Avropa Liqasının ilk mərhələsində rəqibi məlum oldu. Komandamız  `Litva` təmsilçisi `Banqa` ilə qarşılaşacaq. `Qarabağ`ımız ilk mərhələni keçəcəyi  təqdirdə Farer adalarının təmsilçisi `Streymur`la qarşılaşacaq. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov püşklə bağlı saytımıza danışıb:`5 komanda məlum olduğu zaman qısaca da olsa  rəqibləri analiz etdik. `Banqa` deyildiyi kimi zəif komanda deyil.  Onlarda hazırda çempionatın qızğın vaxtıdı. Komandalar yaxşı vəziyyətdədi. Rəqibimiz son 5 oyunun 4 –ündə qələbə qazanıb, birində heç-heçə edib.  Göründüyü kimi son zamanlar çıxışdadılar. Çox gənc komandadı. Demək ki sona qədər mübarizə aparacaqlar. Meydanın hər yerində vuruşacaqlar. Ona görə də rəqibi lazım olduğu qədər qiymətləndiririk. Futbol oynamadan, hazırlaşmadan nəticə qazanmaq mümkün deyil.  Tam səmimi deyirəm, 2-ci mərhələ haqqında hələ fikirləşmirik. Komanda olaraq da eyni durumdayıq. İlk olaraq, litvalılarla oyuna hazırlaşmalıyıq. Çalışacağıq ilk oyuna kimi maksimum hazır olaq.

Paylaş

// pop up