Qurban Qurbanov:`Bizi çətin oyun gözləyir`

6 Fev 2014
Qurban Qurbanov:`Bizi çətin oyun gözləyir`
`Qarabağ`ımız bugün Qəbələyə yola düşəcək. Eyniadlı komandayla qarşılaşacaq `Qarabağ`ımız liderə qarşı uğurlu nəticəyə ümid edir. Komandamızın baş məşqçisi Qurban Qurbanov saytımza `Qəbələ`ylə oyunu dəyərləndirib:`Qəbələ` cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırki mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər. Çempionatın ilk yarısındakı qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar. Eyniylə, `Xəzər-Lənkəran`la oyunu da artıq unutmuşuq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir.Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. `Xəzər-Lənkəran`la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qeyd etdiyimiz kimi qarşıda hələ uzun bir marafon var. Qarşıdakı oyunlara motivasiya olmaq lazımdır.`