Qurban Qurbanov:`Bizi çətin oyunlar gözləyir`

single-news
24 İyn 2013

Qurban Qurbanov:`Bizi çətin oyunlar gözləyir`



`Qarabağ`ımız Avroliqanın I mərhələsində köhnə tanışı olan `Metallurq`la qarşılaşacaq. Makedoniya təmsilçisi ilə keçiriləcək görüşlə bağlı komandamızın baş məşqçisi Qurban Qurbanov  saytımıza açıqlama verib:`Zənnimcə,  mümkün olan 5 rəqibdən ən çətini idi `Metallurq`. 3 il bundan öncə onlara oyun heç də asan olmamışdı. Makedoniya çempionatı günü-gündən inkişaf edir. Qışda onların başqa komandasıyla oynamışdıq. Qısa zamanda mümkün qədər çox məlumat toplamağa çalışacağıq. Bizi qarşıda ciddi oyun gözləyir. 3 il bundan öncə rəqibimiz ilk avrokubok təcrübəsini yaşayırdı.  Lakin, həmin ildən sonra ardıcıl avrokuboklarda iştirak ediblər. Demək olar ki, bu baxımdan yetərli təcrübəyə malikdir. Qeyd etdiyim kimi, bizi çətin oyunlar gözləyir. Bu gündən etibarən ancaq ilk oyunu fikirləşməyə başlayacağıq.`

Paylaş

// pop up