Qurban Qurbanov:`Bütün diqqətimizi..`

single-news
9 İyl 2014

Qurban Qurbanov:`Bütün diqqətimizi..`



`Qarabağ`ımız dünən 5-ci oyununda `SG Sonnenhof Großaspach` komandasıyla qarşılaşdı. Almanlarla qarşılaşmadan 6:1 hesabıyla qalib ayrılan komandamız bununla da sonuncu- 5- ci hazırlıq matçını arxada buraxdı. Komandamızın baş məşqçisi Qurban Qurbanov saytımıza verdiyi açıqlamada geridə buraxdığımız oyunları, həm də qarşıdakı planlar haqda danışıb: `Öncədən burda (Avstriyada) 5 oyun keçirməyi planlaşdırırdıq.  İlk 2 oyunda məğlub olsaq da sonradan qələbələr qazandıq.  İlk oyunlarda hazırlığa yeni başlamışdıq. Sonradan tədricən proqramımıza uyğun çalışmalaramızı yerinə yetirdik. Ümumi götürdükdə oyunlardan razı qaldım. Düzdü, belə tipli oyunlarda hesab bir o qədər əhəmiyyət kəsb etmir. Amma futbolçuların əzmindən razı qaldım. 1-2 xırda problem nəzərə almasaq hazırlıqdan narazılığım yoxdu. İndi  qarşıdan `Valletta` ilə oyun gəlir. Matça qədər hardasa 1 həftə vaxtımız var. İndi diqqətimizi bu qarşılaşamanın hazırlığına yönəldəcəyik.` 

Paylaş

// pop up