Qurban Qurbanovdan 70-ci qələbə (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
5 Dek 2011
Qurban Qurbanovdan 70-ci qələbə (apasport.az)
Premyer Liqanın XV turunun “Turan”la səfər oyunundakı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 41 yaşlı çalışdırıcı indiki postunda 70-ci qələbəsini qazanıb.
2008-ci ilin yayından baş məşqçi postunu Qurbanova həvalə edən “Qarabağ” bu müddətdə 138 oyun keçirib. Ölkə çempionatlarındakı 105 matçda 52-ci qələbəsini qazanan Ağdam təmsilçisi 13 kubok matçında 8, 20 avrokubok qarşılaşmasında 10 dəfə meydanı qalib tərk edib.