Qurban Qurbanovdan gənclərə etimad

11 Okt 2013
Qurban Qurbanovdan gənclərə etimad
`Qarabağ`ımız `Sumqayıt`la oyunun hazırlıqlarını davam etdirir. Milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməyən komandamızda aşağı yaş qruplarından dəvət almış futbolçular da məşq edir. Daim gəncləri diqqət mərkəzində saxlayan komandamızın baş məşqçisi Qurban Qurbanov adətən milli oyunlar zamanı yaranmış boşluq zamanı gəncləri sınamaqla onların potensialını yoxlayır.
Bu dəfəki çalışmaya Qurban müəllim daha 4 futbolçunu dəvət edib. 16 yaşlı Eltun Turabov U-19 və əvəzedici komandamızda da çıxış edir. Elnur Mustafayev, Nicat Abbasov və Elçin Rəhimlinin isə 17 yaşı var.