Qurban Qurbanov:`Gənclərə üstünlük verəcəyik`

single-news
1 İyn 2011

Qurban Qurbanov:`Gənclərə üstünlük verəcəyik`



Xəbər verdiyimiz kimi `Qarabağ` Futbol Klubu 6 futbolçusuyla yollarını ayırıb. Yaşlı futbolçularla vidalaşan komandamızda başqa islahatlar da gözlənilr. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov  saytımıza verdiyi açıqlamada planlarından danışıb:` Bəli, 6 futbolçuyla yollarımızı ayırdıq. Onların coxusu 3-4 il idi ki, `Qarabağ`da forma geyinirdilər. Amma bu futboldu. Əbədi heç nə yoxdu. Onlara karyeralarında uğurlar arzulayıram. Mümkün qədər dəyişiklər etmək zəruriyyəti hiss edirdik. Ola bilsin başqa futbolçularla da yollarımızı ayırdıq.  Artıq, `Abşeron`a icarə verdiyimiz Osman Umarovu geri qaytarmışıq. Əvəzedicilərin heyətində fərqlənən Kamil Hüseynov və istedadlı Elgiz Kərəmlini əsas komandaya qatmışıq. Onlar bizimlə təlim-məşq toplanışında iştirak edəcək. Gördüyünüz kimi gənclərə üstünlük veririk. Başqa futbolçularında gəlişi mümkündür. Amma bu işdə tələsməməliyik. Ən düzgün olan qərarı qəbul etməyə çalışacağıq.`

Paylaş

// pop up