Qurban Qurbanovla 2014-ə qədər

single-news
4 Noy 2011

Qurban Qurbanovla 2014-ə qədər



`Qarabağ`ımız Qurban Qurbanovla müqaviləni daha 2 illiyə də uzadıb. 2008-ci ilin Avqustundan `Qarabağ` Futbol Klubunun baş məşqçisi vəzifəsini daşıyan Qurban Qurbanovun müqaviləsi hələ 2012-nin yayında başa çatacaqdı. Yeni bağlanmış müqavilə əsasən Qurban Qurbanov 2014-cü ilin yayına qədər `Qarabağ`a başçılıq edəcək. Xatırladaq ki, Qurban Qurbanovun ilk müqaviləsi 6 aylıq müddətinə bağlanılıb. 2008-ci ilin noyabrında 39 yaşlı çalışdırıcıyla 1,5 illik yeni saziş imzalanıb. 2009-cu ilin sonlarında isə məşqçimizlə müqaviləni 2012-ci ilin sonuna qədər uzatmışıq. Yeni bağlanan müqaviləylə  isə ümumlikdə Qurban Qurbanovla `Qarabağ`ı 6 illik müddətə çatdırdı.
Qeyd edək ki, Qurban Qurbanov `Qarabağ` la 2008-2009 mövsümündə ölkə kubokuna sahib çıxıb. Son 2 mövsüm isə `Qarabağ` bürünc medalları qazanıb. Qurban Qurbanovlu `Qarabağ` eyni zamanda son 3 ildə Avrokuboklarda Azərbaycanın ən böyük uğurlarını qazanaraq 7 mərhələ keçib.

Paylaş

// pop up