Qurban Qurbanovla 400-cü qələbə
1 Fev 2024
Qurban Qurbanovla 400-cü qələbə
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 400-cü qələbəsini qazanıb. Bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda qeydə alınıb.
Komandamız “Sabah”la səfər matçında 7:1 hesablı qələbə qazanıb. Bu, 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovun postunda bütün turnirlər nəzərə alınmaqla 400-cü qələbəsi olub.
Komandamız onun rəhbərliyi altında ilk uğuru 2008/09 mövsümündə əldə edib. “Qarabağ” Premyer Liqanın “Bakılı” ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib.
“Bank Respublika Arena”dakı qələbə mövsümdə 25-ci olub. Komandamız Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə qalib gəlib.
