Qurban Qurbanovla 500-cü oyun
28 Okt 2024
Qurban Qurbanovla 500-cü oyun
Komandamız Qurban Qurbanovun baş məşqçiliyi dövründə 500-cü çempionat oyununu keçirib. Bu yubiley Misli Premyer Liqasının XI turunun “Şamaxı” ilə görüşünə (3:0) təsadüf edib.
Qurbanovun komandamızda debütü 2008-ci avqustun 9-da “Bakılı” ilə səfər görüşünə (2:1) təsadüf edib. “Qarabağ” Premyer Liqada onun rəhbərliyi müddətindəki 17 mövsümdə 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub. O, ölkə çempionatları tarixində həm ümumi, həm eyni klubdakı oyun sayında rekordçudur.