Qurban Qurbanovla onlayn müsahibə...

single-news
23 Fev 2012

Qurban Qurbanovla onlayn müsahibə...



`Qarabağ` FK-nın fəal azarkeş qrupu `İmarət` bu dəfə də fərqli layihəylə gündəmə gəlib. Fanklub üzvləri üçün `Qarabağımızın baş məşqçisi Qurban Qurbanovdan facebook səhifəsindən onlayn müsahibə götürülüb. Maraqlı olacağını nəzərə alıb diqqətinizə çatdırırıq.

- Vaqif Cavadov nə vaxt oynamağa başlayacaq? Onu `Qarabağ` formasında  nə vaxt görəcəyik? Avrokuboklara getmə şansımız nə qədərdi?
-  Hələ bilinmir. Ən pis halda 3 tur sonra çıxa biləcək.Avrokuboklara getmək üçün kifayət qədər şansımız var.Çempionluq üçünsə nəysə demək tezdi. Hələ çempionatın əsas oyunları qarşıdadır.
- Hesab etmirsinizmi, `Qarabağ`ın sürətli son cinah yarımmüdafiəçinə ehtiyacı var?
- Sol cinahda Adamiya yaxşı oynayır. Hər halda Vaqifi də gətirmişik.Həm də Bəxtiyar da həmən mövqeədə özünü son oyunlarda yaxşı göstərir..
- Qurban müəllimi salamlayıram. Men istəyərdim ki, `Qarabağ`da oynayan gənc futbolcular `Qarabağ`ın öz futbol məktəbinin yetirməsi olsun. `Qarabağ`ın aşağı yaş qruplarına nəzarət edirsizmi? Gələcəkdə `Qarabağ`a kömək edə biləcək futbolcular yetişirmi?
- Bəli, diqqətimizdədir. Hətta məşqlərinə də gedib baxıram. `Qarabağ` bu məsələyə həssas yanaşır.Keçən il olduğu kimi bu ilin sonunda da yəqin ki komandaya oyunçular seçəcəyəm..
- Qurban müəllim, Sizi çox  istəyirik  və `Qarabağ`ımızın baş məşqçisi olmağınızdan şadam.....Bütün qərarlarınızı dəstəkləmişəm....Biri isitisna....Fərhad Vəliyev niyə ehtiyatdadı. Fərhad ən azı Bojan səviyyəsindədi
- Təşəkkür edirəm.Hər ikisinə də şans verməyə çalışırıq. Fərhad bir vaxt zədələndiyi üçün Bojan əsas heyətə düşdü və özünü müsbət tərəfdən göstərdiyi üçün yerini möhkəmləndirdi.. Mən də onların arasında heç bir fərq qoymuram.
- Nəyə görə  `Qarabağ`ın qol şanslarını əldən verməyinə hələ də carə tapılmır?
- Hücum xətti qənaətbəxşdir. Digər işlər futbolçularımızın üzərinə düşür. Əsas odur ki,qol epizodlarını son oyunlarda yaxşı təşkil edə bilirik. Qalan problemlərimiz zamanla düzələcək. Futbolda olur, birdən alınmır. Ancaq hücümçularımız bacarıqlıdır, zənnimcə.
-  İndiki hücum xətti məncə çempionluq üçün yetərli deyil, hücuma hər hansı bir transfer ola bilər?
- Xeyr. Transfer pəncərəsi bağlanıb. Biz Azərbaycanlı oyunçulara üstünlük veririk həmişəki kimi.Baxın, 3 ildi Raufun üzərində işləyirik, indi `Qarabağ`da, milli komanda da onun bəhrəsini görür. Legioner oyunçu gətirmək asan iş deyil. Biz Azərbaycan futboluna nə cür bəhrə verəcəyimizi düşünməliyik. Mən yenidən legioner gətirib, Raufu ehtiyata atsam bu bizim ziyanımıza olar.
- Niyə, ` Qarabağ` Avroliqada oynadığı oyunu mili çempionatda göstərə bilmir?
- Bu sırf texniki məsələlərlə bağlıdır. Birincisi, biz həmin oyunlara yaxşı meydançalarda hazırlaşırıq.Oyunlarımız da yüksək səviyyəli stadionlarda baş tutur. Lakin çempionatdakı stadionlar bizim oyunumuzun sürətini aşağı salır.Bir də ki, xarici klublardan daha çox Azərbaycan klubları bizim oyun sistemimizi yaxşı bilir və oyuna daha planlı hazırlaşır.
- Düşünürsüzmü, legioner siyasətiniz uğursuzdu?  Rubins, Devran, Nedzipi ve s. Bunun səbəbi nədi? Oturmuş heyət yoxsa başqa səbəblər???
- Əksinə,  Azərbaycanda ən uğurlu legioner siyasətini biz yürüdürük. Rubins zədə səbəbindən heyətdən kənar qaldı. Nedzipi çıxdığı oyunlar da özünü yaxşı göstərir. Devrana gəldikdə bir il oynadı,qələbələrimizdə pay sahibi oldu.Sadəcə son anda müqaviləsiniz uzadası olmadıq. Yaş amilinə görə. Amma siz legioner dedikdə, bir də Admirə, Ansiyə, Bojana baxın.
- Qurban muəllim, niye Vüqar Nadirov əsas heyətdə başlamır oyuna?
- Futbolçularda formada olub-olmama məsələsi var. Əfran son zamanlar yaxşı formadadı. Lakin biz Vüqardan da hər oyun istifadə edirik. Start  heyətində çıxmasa da Vüqar qızıl ehtiyatdı (gülür)
- Qurban müəllimi salamlayıram, ona uğurlar arzulayıram. Turalın oyununu bəyənirəm amma ona çox az şans verirsiz. Səbəb?
- Bacıoğludu, ona görə (gülür)
- Hazırkı xal fərqi çempion olmağa imkan verir?
- Mümkünsüz heç nə yoxdu. Allah nəsib etsə 15 xal fərqini də aradan qaldırmaq olar.
Qurban müəllim, Nedzipi görünürki,  cox samballı oyuncudu. Oyun üslubu Sadiqova oxşayır. Niyə  Sadiqov cəzalı və zədəli olsa da Nderimdən az istifadə edirsiz?
- Ola bilər ki,  həmin anda da Nedzipi də hazır olmur. Azarkeşlərin meydandan kənardakılardan xəbəri olmur, axı . Ancaq sizi əmin edirəmki, bir oyunçu istər fiziki, istər zehni cəhətdən oyuna hazırdırsa o,`Qarabağ`da əsas heyətdə meydana çıxır..
İlk öncə, mən də Qurban müəllimi salamlayıram. Sualımsa belədir. Bir neçə il öncə `Qarabağ`ın heyətində bir neçə gənc futbolçu parladı və hal-hazırda həm `Qarabağ`ın, həm də yığmanın aparıcı üzvlərinə çevriliblər. Yaxın müddətdə `Qarabağ`ın heyətində öz yetirməsi olan yeni Əfranlar, Maksimlər, Rauflar görə biləcəyikmi? Ümümiyyətlə, aşağı yaş sektorunun perspektivləri barədə nə deyə bilərsiz?
- Yaxın 1-2 ilə gözlənilmir. Amma bu mütləq olacaq.Təbii ki, axtarışlar davam edir. Ancaq perspektivli oyunçu tapmaq da çətin məsələdir. Hələ bəzilərinin yetişməsini gözləyirik..
‎`Qafqaz Barcelonası`nın məşqcisi və ən sadiq 2 azarkeşini salamlayıram. Sizce, yeni transfer Muarem, Roşanın getməsindən sonra mərkəzdəki o boşluğu doldura biləcəkmi?
- Mən də sizi salamlayıram..Muarem bir az fərqli tipdə oyunçudur. Amma hər halda ondan gözlədiyimiz çox şey var. Biz ona inanıb gətirmişik..Yavaş-yavaş meydanda yer alacaq özünü müsbət cəhətdən göstərsə..
`Sumqayıt` `Qarabağ`ı 2-1 udanda 2-ci qolun sahibinə sən `Qarabağ`a gələrsən və yaxud da niyə icarəyə verdim kimi fikirləşdiyiniz an oldu?
- Murad Səttarlı  zatən `Qarabağ`ın oyuçusudur, nə vaxtsa qayıdacaq..(Gülür)
- Qaranı `Banqa`yla oyunda dayaq yarımüdafiəçisi kimioynatmağa başladınız.  Namiqlə superde oynadı. Düzdü  hələ  gəncdi. Bu qərarı super verdiniz .Qara məşqlərə başlayıbmı? Və qayıtdiqdan sonra cinahda yoxsa yenə də ortada oynadacaqsız?
- Qara məşqlərə başlayıb. Əvəzedicilərin heyətində 45 dəqiqə oynayıb da. Zədəsi sağalır. Onu daha çox ortada oynatmağa çalışırıq. Düşünürəm ki,belə daha yaxşı göstərir özünü.
- Salam, Qurban müəllim. Meni narahat edən bir məsələ var. Nəyə görə `Qarabağ` bütün iddialı rəqibləri məğlub edə bildiyi halda,  `Neftçi`yə hər dəfə acı hesablarla məğlub olur (ötən mövsümün son oyununu nəzərə almasaq)? `Neftçi`nin `Qarabağ`a məğlubiyyətsizliyinin səbəbi nədir?  Belke, `Qarabag`da `Neftçi` oynamış çoxlu futbolçunun olması onlar üçün daha yaxşi bələd olmağa kömək edir?
- 2008-2010 arasında da 3 il müddətində məğlub olmamışıq. Həmin sualı da o vaxt `Neftçi`nin məşqçisinə  verirdilər Futbolda bəzən belə olur, hansısa komandanın bir komandayla oyununda şanssızlıqlar olur. Ancaq düşünmürəm ki, `Neftçi` futbolçulara görə `Qarabağ`a bələddir. Çünki `Neftçi` tez-tez məşqçi dəyişdiyinə görə yeni sistem gəlir və o məşqçi də öz fəlsəfəsini tətbiq edir.
- Xəbəriniz olsun ki, Allah eləməmiş `Qarabağ`dan ayrılsanız heç kimin görmədiyi mitinqi edə bilərik. Ona görə bu fikri özünə tərəf buraxmayın. `Qaradağ` rayonu sizinlə fəxr edir.
- Çox sağ olun, diqqətinizə görə.  Mən də çalışıram ki, ən yaxşısını edim.
- Ağdamdakı azarkeşlər sizi qane edirmi?
- Onların hər birinə təşəkkür edirəm.Oyundan əvvəl və sonra adi mənə yaxınlaşmaqlarından məhəbbətlərini duyuram. Ancaq azarkeşlik baxımından hələ tam hazır deyillər.Onları da başa düşürəm.Yerli camaatın gündəlik problemləri buna imkan vermir. Torpaqların didərgin düşüblər. Qəlbləri qirqdı. Düşünürəm ki,bütün qələbələrimiz Qarabağdan yaralı olan Qarabağlılar üçündür.Biz bunun üçün çalışırıq.
- Qurban müəllim narahat etmədik..Sizə bu cür müsahibə nə dərəcədə xoş oldu?
- Mənim üçün çox xoş oldu.Birinci dəfədir ki,bu cür müsahibə verirdim. Həm də `İmarət`in `Qarabağ`ı ürəkdən dəstəklədiyini bilərək  azarkeşlərin suallarını cavablandırmaq maraqlı idi.

Paylaş

// pop up