Qurban Qurbanov:`Səfərimiz çox faydalı oldu`

single-news
17 Yan 2012

Qurban Qurbanov:`Səfərimiz çox faydalı oldu`



Məlum olduğu kimi `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov  dünyaca ünlü `Barselona`nın düşərgəsinə yollanmışdı. 1 həftə boyu dünyanın ən güclü komandasının düşərgəsində olan çalışıdırıcımız artıq Antalyaya dönərək komandamızın düşərgəsinə qoşulub. Qurban Qurbanov saytımıza səfərlə bağlı təəssüratlarını bölüşüb:` İlk öncə onu deyim ki, olduqca faydalı səfər oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də yaxşı oldu. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlərimiz oldu.  Öncə `Barselona`nın ölkə kubokunda  `Osasuna`yla oyununu izləməyi planlaşdırsaq da müəyyən görüşlərimizin olması səfərimizi təxirə saldı. Əvəzində `Espanyol`un `Kordoba`nı  4:2 hesabıyla  yendiyi  oyunu izlədik. Təbii ki, `Barselona`nın çempionatda `Betis`i eyni hesabla məğlub etdiyi oyunda da stadiondaydıq. Bununla yanaşı, əsas komandayla yanaşı 7 yaşından əvəzedicilərə qədər bütün yaş qruplarının məşqlərində olduq. `Barselona`nın  dünyanın ən güclüsü olduğunu `göy-qırmızı`ların bütün yaş qruplarının fəlsəfəsinin eyni olmasında gördüm.  Ümumilikdə, səfərdən ancaq xoş nəticələr çıxardımızı vurğulamalıyam.`

Paylaş

// pop up