Qurban Qurbanov:`Sona qədər döyüşəcəyik`

single-news
18 Avq 2010

Qurban Qurbanov:`Sona qədər döyüşəcəyik`



`Borussiya` - `Qarabağ` oyunu öncəsi mətbuat konfransı keçirilib. `Siqnal İduna Park` stadionunda keçirilən konfransda komandamızın baş məşqçisi Qurban Qurbanov yerli vaxtla 13:00-da media nümayəndələrinin suallarına cavab verdi. `Qarabağ`ımızın çalışdırıcısı KİV-salamladıqdan sonra oyun haqda öz fikirlərini bölüşdü. `Borussiya`nı tarixini yaxşı tanıdıqlarını onun uğurlarından xəbərdar olduğunu bildirdi. Dortmundluların çox güclü azarkeş dəstəyinə malik olduğunu, gənc və mobil komanda olduğunu vurğuladı. Qurban bəy Kloppun yetirmələrinin hücum etməyi çox sevdiyini, çoxsaylı azarkeş kontingentinin `Borussiya`ya böyük güc verdiyini bildirdi. 
Qurban bəy görüşün maraqlı keçəcəyinə inandığını bildirdi. `Borussiya`nın sürətli futboluna uyğun olaraq `Qarabağ`ın sona qədər vuruşacağını və təslim olmayacağını söylədi. Çalışdırıcımız azarkeşlərin yaradacağı xofla bağlı suala cavabında bildirdi ki, hər nə qədər dortmundluların çılğın azarkeşlərini qiymətləndirsələr də heç də onlardan çəkinmədiklərini bildirdi. `Qarabağ`da çoxlu milli futbolçuların olduğunu vurğulayaraq, dolu meydanda oynamağın onlar üçün zövqlu olacağını ifadə etdi.
Qurban müəllim oyunla bağlı daha bir neçə sualı cavablandırdıqdan sonra mətbuat konfransı başa çatdı.

Paylaş

// pop up