Qurban Qurbanov:`Təslim olmamışıq`

single-news
3 Avq 2011

Qurban Qurbanov:`Təslim olmamışıq`



Bugün eyni zamanda baş məşqçilərin iştirakı ilə mətbuat konfransı baş tutub. İlk olaraq komandamızın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin önünə çıxıb. Qurban müəllim jurnalistlərin fərqli suallarını bele cavablandırıb: `İlk oyunda istəmədiyimiz nəticəni əldə etdik. Daha yaxşı hesabla Bakıya qayıtmaq istərdik. Bilirəm ki, çətin olacaq, amma təslim olmayacağıq. Komandanı sonuna qədər mübarizəyə hazırlamağa çalışırıq. Rəşad Sadiqovun sabah start heyətində oyuna çıxma şansı bğyükdü. Bakıya qayıdan kimi oununla söhbət etdik. Onun üçün tezliklə məşqlərə başlayıb kədərini unutmağın ən yaxşı yol olduğunu söylədim. Bu həftə bizimlə məşqlərdə iştirak edib. İnanıram ki, sabah ən yaxşısını etməyi bacaracağıq. Azarkeşlərin stadiona gəlməsini istərdik. Çünki, ən böyük qələbələrimizi onların dəstəyi ilə qazanmışıq. Bir daha qeyd edim ki, biz təslim olmamışıq.`
Qurban bəyin ardınca `Brügge`nin çalışdırıcısı Adri Koster medianın önünə çıxıb: `İlk oyunda 4:1 hesabı ilə qələbə qazanmağımıza baxmayaraq, bizi çətin oyun gözləyir. İlk növbədə isti hava şəraitini qeyd etməliyəm. Belə havada mübarizə aparmaq çox şətin olmalıdı. Bura turu keçməyə gəlmişik. Nəticənin elə bir əhəmiyyəti yoxdu. Əlbəttə yaxşı nəticə hər zaman faydalıdı. `Qarabağ` ilk oyunda göstərdi ki, çox təhlükləli komandadı. Zənnimcə, azarkeşlərin dəstəyi ilə ilk dəqiqələrdən irəli atılacaqlar. Amma bizim də arxaya oturmaq fikrimiz yoxdu. Bu bizə çətinliklər yaradır. İnanıram ki, Bakıdan turu keçərək qayıdacağıq.`

Paylaş

// pop up