Qurban Qurbanovun püşkə münasibəti...
Qurban Qurbanovun püşkə münasibəti...
Ölkə kubokunun püşkü atıldı. Sonuncu kubokun sahibi `Qarabağ`ımız 1/8 final mərhələsində `Anşad-Petrol` - `Şahdağ` cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələ keçiləcəyi təqdirdə `Xəzər-Lənəkəran` - `Muğan` cütünün qalibi ilə qarşılaşacağıq. Final üçün isə sonuncu rəqibimiz `Simurq` - `Qəbələ` - `Olimpik-Ş`-dən birinin olması mümkündür. Komandamızın baş məşqçisi Qurban Qurbanovun püşkə münasibəti:` Belə baxanda, püşk bizim üçün elə də əhəmiyyət daşımır. Çünki, qarşılaşacağımız bütün rəqibləri ciddi qəbul edirik. Zənnimcə, bu il kubok mücadiləsi daha gərgin olacaq. Bir neçə komanda bu titulu qazanmaq istəyəcək. Biz də ən sona qədər getməyə çalışacağıq. Bu heç də asan olmayacaq. Amma bir daha qeyd edirəm ki, bu il kubok yarışı daha maraqlı və gərgin olacaq. Hər komanda sürprizlə qarşılaşa bilər. İlk turlar göstərdi ki, artıq zəif və ya güclü rəqib anlayışı getdikcə tarixə köçür.`