Qurban Qurbanov:`Yolumuzu davam etdirəcəyik`

single-news
31 May 2010

Qurban Qurbanov:`Yolumuzu davam etdirəcəyik`



`Qarabağ`ımız ötən mövsüm uzun aradan sonra çempionatda bürünc medalları qazandı. Bundan öncə ölkə kubokunu qazanan, arxda buraxdığımız ildə Avroliqada tarix yazan `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov olub. Gənc çalışdırıcı azərbaycanlı futbolçulara verdiyi inamla ölkə  futbolunda yeni bir çığır açıb. Baş məşqçimiz yeni mövsümöncəsi fikirlərini saytımıza bildirib:` Ötən mövsüm ilk yarıda legioner kimi sadəcə Admir Telinin, ikinci dövrədə isə Georgi Adamiyanin xidmətindən yararlandıq. Gürcünü Azərbaycan futbolu üçün yad sima hesab etmək olmaz. Artıq `Qarabağ` bəlli sistemi müəyyənləşib. Taktiki yönlərlə yanaşı klubumuz yerli futbolçularla yanaşı, gənclərə üstünlük verilməsi siyasətinə sadiq qalıb. Qarşıdan gələn mövsümdə də yolumuzu davam etdirəcəyik. Heyətimizdə ciddi dəyişiklik etmək niyyətimiz yoxdu. Təbii ki, heyətə yeni adlar qatmaq niyyətindəyik. Amma biz transfer məsələlərinə olduqca həssas yanaşırıq. Komandada görmək istədiyimiz bəzi gənc futbolçular var. Onlarla yanaşı yeni legionerlər də görməyimiz mümkündü. Hansı mövqeyə transfer etməyimizi planlaşdırmışıq. Amma yenə də qeyd etmək istəyirəm ki, biz trasnfer siyasəti zamanı yanlışlığa yol vermək istəmirik. `Qarabağ`a və Azərbaycan futboluna maksimum fayda verəcək futbolçular əldə etməyə çalışacağıq.`

Paylaş

// pop up