Qurbanov 19:15, Koster 20:30
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5397.jpg)
2 Avq 2011
Qurbanov 19:15, Koster 20:30
`Qarabağ` - `Brügge` oyunu üçün oyunqabağı proqram məlum olub. Avroliqanın III təsnifat mərhələsində Belçikanın klubunu qəbul edəcək komandamız sabah 19:30-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxacaq. `Qarabağ`ımızın baş məşqisi Qurban Qurbanov isə 19:15-də mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandıracaq.
`Brügge`nin baş məşqçisi Adri Kosterin iştirak edəcəyi mətbuat konfransı isə 20:30-a nəzərdə tutulub. 21:00-da isə belçikalılar mərkəzi arenada sonuncu məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi media üçün nəzərdə tutulub.
Xatırladaq ki, `Qarabağ` - `Brügge` oyunu avqustun 4-ü 21:00-da baş tutacaq.