Qurbanov `Qarabağ`da əfsanəyə çevrildi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5188.jpg)
Qurbanov `Qarabağ`da əfsanəyə çevrildi
Premyer Liqanın XIII turu Ağdamın `Qarabağ` klubu və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Belə ki, `Simurq`la qarşılaşmada qazanılan 2:1 hesablı qələbə tarixi əhəmiyyət kəsb edib.
Məsələ ondadır ki, 135-ci dəfə ağdamlıları baş məşqçi kimi çempionat oyununa çıxaran Qurbanov 65-ci dəfə qələbə sevinci yaşayıb.
2008/09 26 14 7 5 35-22 49
2009/10 32 14 12 6 31-26 54
2010/11 32 17 7 8 41-22 58
2011/12 32 15 8 9 37-28 53
2012/13 13 5 5 3 17-14 20
135 65 39 31 161-112 234
Bununla da Qurbanov `Qarabağ`ın baş məşqçisi postunda çempionatda ən çox qələbə qazanan mütəxəssis olub. O, Ağasəlim Mircavadova məxsus rekordu arxada qoyub. Təcrübəli mütəxəssis 119 çempionat oyununda 64 dəfə `Qarabağ`ın qələbəsinə memarlıq edib, 33 heç-heçə edib və 22 dəfə məğlub olub. Bu qarşılaşmalarda top fərqi 185-87-dir.
`Qarabağ`ın çempionat oyunlarındakı qələbə sayında 3-cü pillədə isə Şahin Diniyevdir. Onun rəhbərliyi altında komanda 31 dəfə 3 xala sevinib.
Mənbə: pfl.az