RAFAEL BENİTEZ: "OUEN HƏR ZAMAN "LİVERPUL"A QAYIDA BİLƏR"

single-news
20 Apr 2005

RAFAEL BENİTEZ: "OUEN HƏR ZAMAN "LİVERPUL"A QAYIDA BİLƏR"



Maykl Ouenin bu sezonun sonunda Madrid "Real"ından mümkün gedişi hələ də ingilis mətbuatında hallanır.Səbəb kimi isə, Ouenin nadir hallarda start heyətində meydana çıxmasıdır. "Liverpul"un baş məşqçisi Rafael Benitez futbolçunun yenidən öz əvvəlki komandasına dönmək fikri əgər yaranarsa, onların buna yalnız şad olacağını deyib: "Ouen hər zaman "Liverpul"a qayıda bilər.O həm xaraktercə, həm oyun üslubuna görə bizə çox münasibdir. Ən əsası isə Klubumuzu sevir. Klubumuzun bütün qapıları onun üzünə açıqdır."

Paylaş