Rail Məlikov: “Qarabağ”la oyuna ancaq qələbə üçün çıxırıq” (qol.az, 24-02-2009)
24 Fev 2009
Rail Məlikov: “Qarabağ”la oyuna ancaq qələbə üçün çıxırıq” (qol.az, 24-02-2009)
“Sabahkı oyunda meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Çünki başqa yolumuz yoxdur”. Qol.Az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ”la qarşılaşacaq “Neftçi”nin kapitanı Rail Məlikov deyib. Təcrübəli futbolçu çempionatdakı uğursuzluğu kubokda sığortalamaq istədiklərini bildirib: “Çempionatda istədiyimiz nəticələri qazana bilmirik. Buna görə də ümidimizi kuboka bağlamışıq. Avrokuboklara vəsiqə qazanmaq üçün mütləq ölkə kubokunu qazanamalıyıq. Başqa çıxış yolumuz yoxdur. Bunun üçün də ilk növbədə məhz “Qarabağ”la mübarizədən qalib ayrılmalıyıq”.