Ranyeri` `İnter`də də dayanmadı

single-news
27 Mar 2012

Ranyeri` `İnter`də də dayanmadı



`İnter`in bas məşqçisi Klaudio Ranyeri qovulub. Milan təmsilçisinin rəhbərliyi təcrübəli italiyalı mütəxəssisi son vaxtlar uğursuz çıxışa görə vəzifəsindən çıxarılıb. Bu qərarı klubun prezidenti Massimo Moratti verib.

Milanlılar yaxında Çempionlar Liqasında çıxışını dayandırdı, ötən bazar A seriyasında “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra 8-ci yerdə gedir. `İnter`i mövsümün sonunadək gənclər komandasının baş məşqçisi Andrea Stramaçioni çalışdıracaq.

Qeyd edək ki, Ranyeri ötən ilin sentyabrından komandaya rəhbərlik edirdi. Bu, cari mövsümdə artıq 2-ci istefadır. Italyanlar mövsümə Canpyero Qasperini ilə başlasalar da, stardaca yerli mütəxəssis qovulmuşdu. Sonuncu dəfə `Roma`ya başçılıq edən Ranyeri isə bir ara əla sürət yığsa da son oyunlarda bərbad çıxışı istefanı şərtləndirdirdi.

Paylaş

// pop up