RASİM KARA: AZƏRBAYCANDA XOŞBƏXTƏM

single-news
28 Dek 2007

RASİM KARA: AZƏRBAYCANDA XOŞBƏXTƏM



Hazırda Türkiyədə olan “Qarabağ”ın baş məşqçisi Rasim Kara srağagün “D Spor”un qonağı idi. Əsasən Türkiyə çempionatının son turunda baş tutan oyunları şərh edən Kara aparıcının bizim futbolla əlaqəsi olan bəzi suallarını da cavabsız qoymadı. Rasim bəy ilk dəfə olaraq burada işləməyə həvəsli olmasının səbəblərini “D Spor”a açıqladı. Aparıcının Azərbaycanda maraqlı olmanızda hər-hansı başqa bir səbəb varmı sualını Kara belə cavablandırdı: “Türkiyədə hər şeydə bizə əcnəbilər qədər dəyər verilmədi. Türrkiyədə sanki dəyərlər dəyişdi. Bir komandadan ayrılan uğursuz məşqçi iki həftə sonra başqa kluba keçir. Və ya Bursadan uğursuz ayrılan məşqçi isə 3 gün sonra başqa komandaya gedir.  Burada nəyə görə dəyərləndirmə olur? Lorant “Fənərbağça”dan Kayseri “Ərciyyəspor” və “Sivasspor”dan eyni səbəbə - uğursuzluğa görə ayrıldı. Diqqət yetirin, indi “Kasımpaşa” ona sığınır. Mən “Beşiktaş”ın baş məşqçisi olanda “Fənərbağça”da Lazorini işləyirdi. Biz “Fənərbağçanı udduqdan sonra klubun prezidenti Alişan bəy onun işinə son verdi. Son 10 ildə doğru-dürüst bir yerdə işləmədi də. “Trabzonspor” qurtarıcı olaraq Lazorinini aldı. Nəyə görə dəyərlindirmə edərək aldı? Həyatım boyu 20 il oynadım, 21-22 ildir də məşqçilik işi ilə məşğulam. Heç bir menecerlə danışıq aparmadım ki, məni harasa aparsınlar, heç bir şəkildə. Şenol Günəş dörd böyük komandadan birini çalışdırdı, Türkiyə millisini Dünya üçüncüsü etdi, indi isə Cənubi Koreyada, küskün kimi. Mustafa Dənizli kimi məşqçi İranda işlədi, indi harada? Bilirsiniz önəmli olan bir şey nədir? Gənc ikən daha həvəsli olursan, bu vaxt  ölkən səndən istifadə etməyi düşünür. Mən Azərbaycanda xoşbəxtəm. Kanadada da işlədim. Orada çempion da olduq. Azərbaycanda əvvəl “Xəzər-Lənkəran”da işlədim. Yeddinci həftədə getdim ora, altıncı-yeddinci yerdə idi komanda. Orada “altun” matça “qızıl oyun” deyirlər. xallar bərabər olduğunda “Neftçi” ilə “Qızıl oyun”da qarşılaşdıq. 1:0 hesabı ilə öndə olduğumuz oyunda 1:2 yenilərək çempionluğu əldən verdik. Qapıçımız 40 metrədən qol yedi. Yarandığı ildəcə “Xəzər-Lənkəran” ikinci edib UEFA kubokunda Azərbaycanı təmsil etdik. Mən işlərəm fərq etməz “Diyərbəkr”, “Ankaragücü”, “Beşiktaş” yoxsa Azərbaycan. Doğru bildiyim yerdə işləyirəm. Düzdür, ailəmdən kənar qalmaq bir qədər çətindir, amma nə etməliyik. Xanımıma deyirəm ki, biz evləndiyimiz zaman mən işçi deyildim. “Beşiktaş”da baş məşqçilik edirdim. Indi də məşqçilik edirəm, kənarda qalmağıma görə məndən küsməməlisiniz.

Paylaş

// pop up