RASİM KARA BƏYAN ETDİ!!!
27 İyn 2008
RASİM KARA BƏYAN ETDİ!!!
Xəbər verdiyimiz kimi, "Qarabağ" Futbol Klubunun bazasında çox önəmli toplantı keçirilmişdir. Klubumuzun vitse-prezidenti Tahir Gözelin qatıldığı görüş zamanı "Qarabağ" FK-nın yeni mövsüm üçün hədəfləri müzakirə olunub. Tahir bəyin komandadan çempionluq gözlədiyini xəbər vermişdik. Bu dəfə isə söz komandamızın baş məşqçisi Rasim Karanındır. Rasim bəy klubumuzun rəsmi saytına verdiyi açıqlamada klub başçısıyla həmrəy olduğunu bildirdi:" Məlum olduğu kimi, klubun başçısı hər zaman olduğu kimi bizimlə toplantı keçirdi. Və bizdən nə istədiyini bildirdi. "Qarabağ" hədəflərinin bəlli olduğu klubdur. Biz gələcəyin komandasını qururuq. Başqanımız da hər zaman bizi yüksək hədəflər uğurunda vuruşmağa həvəsləndirir. İnşallah, həm təsislərimizi quracağıq, həm də iddiamızı davam etdirəcəyik. Bəli, bəyan edirəm ki, "Qarabağ" qarşıdan gələn mövsümdə çempionluğa ən böyük namizədlərdən biridir. İnşallah, daha 2-3 səviyyəli futbolçu transfer etməyə çalışacağıq. Bunu reallaşdırsaq, "Qarabağ"ın daha da güclənib hədəflərini böyüdəcək. İnşallah, mövsümün sonunda qızıl medalları qazanarıq"