RASİM KARA: “GƏLƏCƏYİMİZ ÇEMPİONLUQDAN DAHA ÖNƏMLİDİR”

single-news
16 İyn 2007

RASİM KARA: “GƏLƏCƏYİMİZ ÇEMPİONLUQDAN DAHA ÖNƏMLİDİR”



“Qarabağ” Futbol Klubu artıq ənənə halını almış mətbuat konfransı keçirib. Komandanın növbəti mövsüm üçün hədəfləri, ümimiyyətlə gələcək strategiyası  haqqında açıqlamaların olacağı əvvəlcədən bəlli idi. Ölkənin demək olar ki, bütün nüfuzlu Kütləvi İnformasiya Vasitələrinin iştirak etdiyi tədbirdə “Qarabağ” FKının direktoru Əmrah Çəlikel,  klubun mətbuat xidmətinin rəhbəri Asif  Əsgərov, baş məşqçi Rasim Kara və Azərsun Holdinq” marketinq departamentinin rəhbəri Kazım Babayev iştirak edirdi. İlk giriş sözü ilə toplantı iştirkaçılarını salamlayan Əsgərov sonra sözü Rasim Karaya verdi.

Rasim bəy iştirakçıları salamladıqdan sonra klubdan ayrılan isimləri bildirdi. Onun dediyinə görə, qarşıdan  gələn mövsümdə Samir Abbasov, Cahangir Həsənzadə, Elçin Cəfərov, Namiq Yusifov  artıq  komandamızda olmayacaq. Adı çəkilənlərlə yanaşı legionerlərdən Bojan İliç və Hakan Dəmir də klubla yollarını ayırıb. Lakin digər legionerlər Qoqa və İrakli Bereya qardaşları önümüzdəki ildə də “Qarabağ”ın şərəfini qorumaq uğrunda mübarizə aparacaq. Millinin üzvləri Fərhad Vəliyev və Murad Ağakişiyeviylə yanaşı prespektivli Viktor İkeboyini  sıralarına qatan komandamız gəncləşdirmə siyasətinə davam edəcək. Rasim Kara deyilənlərə bunları əlavə etdi: Qışda başladığımız yolu davam etdirmək istəyirik. Bilirsiniz ki, hal-hazırda “Qarabağ” müxtəlif yaşlı milli komandalara 15-16 futbolçu göndərir. Bu heç də kiçik nailiyyət deyil. Artıq bizə inam artmağa başlayıb. Hər kəsin övladını bizim yanımıza gətirmək isətyir. Demək, əməyimizin nəticəsini almağa başlamışıq. Bizə inanırlar. Gənclərin çempionatında “Qarabağ” “İnter”lə qarşılaşdı və məğlub oldu. Texniki heyət olaraq, matçı izlədik və “İnter”in heyətindən bəyəndiyimiz bir neçə futbolçunu rınglərimizə bağladıq. Bayram, Şəhriyar, Telman kimi gəncləri sıralarımıza qatdıq. Hal-hazırda “Qarabağ”da 20-21 gənc istedad məşq edir. Bu ilk növbədə sabahın Azərbaycan futbolu deməkdir.

Sonra baş məşqçi “Qarabağ” gələcək strategiyası məsələsinə toxundu: “ Hər bir klub üçün ilk növbədə baza əsas amildir. Baza olmadan peşakarlıqdan danışmaq ağılsızlıqdır. Çempionluq çətin məsələ deyil. Bir qədər əlavə xərc çəkib. 5 güclü legioner transfer edərək qızılı əldə etmək olar. Amma sonra nə olacaq?. Avropaya gedib əliboş geri dönəcəyik. Amma bazanın olması klubun stabil dayaqlara sahib olmasına gətirib çıxarır. Biz də tezliklə bu məsələni yoluna qoymağa çalışacağıq. Bu yöndə çalışmalarımız davam edir. Tezliklə, bazamızın yeri məlum olacaq. Ona qədər isə Suraxanı stadionundan istifadə etmək niyyətindəyik. Büdcəmizi mümkün qədər düzgün istifadə etməliyik. Bu gün futbola xərc qoyan sponsorlar bundan heç də qazanc götürmürlər. Ona görə də onları başa düşmək lazımdır. Müasir futbol standartlarını tətbiq etmək üçün zamana ehtiyacımız var.”

Sonra isə Kazım Babayev fikirini bildirdi” “Azərsun Holdinq” olaraq əsas məqsədimiz Azərbaycan idmanına fayda verməkdir. Bunun üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bazanın klub üçün nə qədər əhəmiyyətli amil olduğunu bilirik. Ona görə də yaxın zamanlarda mütləq “Qarabağ” Fk-nın bazası olacaq”

 Əmrah bəy də çıxışında uğuru qazanmağın sadəcə nəticə ilə ölçülmədiyini bildirdi” “Qarabağ” FK olaraq ölkəmizin futbolun Avropa standartlarına tələb vermməsini qarşımıza şərt olaraq qoymuşuq. Bunun üçün dünyaca ünlü Rasim Karanı dəvət etmişik. Görürüsüz ki, “Qarabağ” nə qədər gənc məşq edir. İddialı klub olaraq nə qədər risk etdiyimizi anlayırıq. Amma əsas olan qeyd etdiyimiz kimi, gələcəyi qazanmaqdır.”

Sonra konfrans iştirakçıları KİV-in müxtəlif səpgili suallarını cavablandırdılar.

 

 

 

 

Paylaş

// pop up