RASİM KARA “QARABAĞ”I YARI YOLDA BURAXDI
RASİM KARA “QARABAĞ”I YARI YOLDA BURAXDI
Bu gün “Qarabağ” Futbol Klubunda dəyişiklik baş verib. Hər zaman doğruluq, dürüstlük, mənəvi kriteriyalara üstünlük verən klubumuz bunu bağışlamazdı. “Qarabağ” Futbol Klubuyla 1 illik müqaviləsi olan baş məşqçi Rasim Kara çempionatın başlanmasına bir həftə qalmış və yenə də xüsusiylə qeyd edirik ki, müqaviləsi ola-ola bele bir addim atmasi... Buna başqa ad vermək olmaz. “Qarabağ”ın hədəflərinin böyüməsi, bir Avropa klubuna çevrilmək ideyasının ağırlığına Rasim Kara tab gətirə bilmədi. Və bu gündən etibarən Rasim Kara komandayla bir illik müqaviləsi olmasına baxmayaraq, 58 yaşlı (!) mütəxəssisin adı “Qarabağ”la yanaşı çəkilməyəcək.
Bəli, bu gün keçirilmiş və komandamızın “NBC” üzərində 4:0-lıq qələbə qazandığı matç Rasim Kara üçün sonuncu oldu. Oyundan sonra futbolçularla vidalaşan Rasim Kara heyətiylə birgə komandanı tərk etdi. Ardınca “Qarabağ” Futbol Klubunun Direktoru Emrah Çelikel futbolçularla söhbət etdi. Belə günlərin heç də hər zaman baş vermədiyini bildirən direktor bir olacaqlarını çempionatın başlamasına 1 həftə qalmasına baxmayaraq bütünlüklə birləşəcəklərini, “Qarabağ”ın adı naminə bir yumruq halına gələcəklərini bildirdi. Onlara dəyən zərbənin onları öldürməyəcəyini, əksinə hədəfləri naminə daha da ruhlandırcağını bildirdi. Yeni baş məşqçi təyin olunana qədər isə sələhiyyətlər komandanın əfsənəvi futbolçularından olan Müşviq Hüseynova tapşırıldı. Komandanın təcrübəli futbolçuları Aslan Kərimov, Artim Şakiri, Azər Məmmədov, Zaur Həşimov, Ayxan Abbasov çıxış edərək bir olacaqlarını, lazım gələrsə ürəklərini meydana qoyacaqlarını, “Qarabağ” adının ülvülüyü naminə ən yaxşısını edəcəklərinə söz verdilər. Ardınca futbolçular hamısı birlik andı içdilər.