RASIM KARA: ““QARABAĞ”LILARI UĞURUMUZLA SEVİNDİRƏCƏYİK”

single-news
28 Dek 2006

RASIM KARA: ““QARABAĞ”LILARI UĞURUMUZLA SEVİNDİRƏCƏYİK”



Komandamızın Baş Məşqçisi Rasim Kara vəzifəyə təyin olunan ilk gündən müxtəlif TV kanallarının, qəzet və jurnalların müraciətlərini yerə salmayaraq, hər biri ilə ayrı-ayrılıqda görüşərək, onların müxtəlif səpgili suallarını cavablandlırır. Bu müsahibələrdən birini də Baş Məşqçimiz respublikamızda yeganə futbol dərgisi olan "Sərhədsiz Futbol" jurnalının reportyoru ili görüşüdür. Sayt ziyarətçilərimizə bu müsahibəni olduğu kimi çatdırırıq: - Rasim bəy, ilk öncə futbolcu və məşqci karyeranız haqqında danışardınız? - Futbola dünyaya göz acdığım Eskişəhərdə başladım. Ən aşağı liqalardan başlayaraq ən yüksək dəstədə oynamaq hüququ əldə etdim. Daha dəqiq desək, əvəzedici heyətdən başlayaraq pillə pillə irəlilədim. .Karyeramın zirvəsinə isə 8 il qapısını qoruduğum “Beşiktaş”da yüksəldim.Futbola vida da elə “Qara Qartal”da etdimBu dövrdə Türkiyə millisinin də şərəfini qorumağa macal tapdim. 20 illik futbolcu karyerasından sonra məşqciliyə başladım. Yeni peşəmdə artıq 21 il fəaliyyət göstərsəm də daim yeni şeylər öyrənməyə calışıram. Bu məqsədlə müxtəlif kurslarda, seminarlarda iştirak etmişəm. Türkiyədə bir sıra klubların baş məşqcisi işləmişəm. Fatih Terimlə birlikdə Zepp Piontekin köməkcisi vəzifəsində də çalışmışam. Onun gedişindən sonra Fatih hoca baş məşqci, mən isə onun köməkçisi təyin olundum. U-21də baş məşqçi olmaq da mənə tapşırıldı. Avropa cempionatı başa catdıqdan sonra Terim “Qalatasaray”a kecdi. Mən isə doğma “Beşiktaş”a baş məşqci olaraq qayıtdım. Elə həmin mövsümdəcə gümüş medallara yiyələndik. Lakin ən böyük uğura Avrokubokda imza atdıq. Növbə ilə Minsk “Dinamo”sunu, Varşava “Legiya”sı və “Molembek”i sıradan cıxardıq. “Valensiya”ya məğlub olsaq da “Beşiktaş” tarixinin ən yaxşı uğuruna imza atdı... - Siz artıq bir dəfə Azərbaycanda işləmisiniz. Hər halda yerli şəraitlə tanışsız. “Qarabağ” calışdırmaq təklifini necə qarşıladınız? - Klubun baş direktoru Əmrah Cəlikəllə Türkiyə də görüşüb, vəziyyəti götür qoy etdik. Üstün və zəif cəhətləri təhlil etdik. “Qarabağ” Bakıda məskunlaşıb. Üstəlik, Klubun rəhbərliyi ilə görüşüb tam dəstəkləndiyimi anladıqdan sonra yenidən Azərbaycanda işləməyə razılıq verdim. Əlbəttə, cari mövsümdə nəsə əldə etmək cox cətin olacaq. Liderdən çox uzaqlaşmışıq, 2-ci dövrədə cəmi 12 matcda meydana çıxacağıq. Əsas məqsədimiz gələcəyin komandasını yaratmaqdır. Bunun ücün isə ilk növbədə futbolcuların yetişdirilməsi üçün baza yaratmaq lazımdır. Eyni zamanda uşaq futboluna xüsusi diqqət ayırmaq lazımdır. - Coxlarının fikirincə, “Qarabağ” müdafiəyə meylli futbol oynayır. Siz bu düşüncəni dəyişdirə biləcəksizmi? - Birinci dövrədən sonra komanda 12 matçda cəmi 10 qola imza ataraq, 11-ini buraxıb. Komandanın vurduğundan cox buraxması yaxşı hal deyil. Deməli, bizim hücumda olduğu kimi müdafiədə də problemimiz var. Azərkeşlər stadiona baxımlı futbol izləmək üçün gəlir. Çalışacam ki, tezliklə “Qarabağ”ı izləməyə gələnlər darıxmayacaq. - Komanda da nə dəyişməlidir? Hər halda yeni transferlər nəzərdə tutmusunuz... - Bütün mövqelərə “əl” gəzdirmək istəyirəm. Çempionat başa çatmadığından futbolcu gətirməyimiz asan olmayacaq. Bu səbəbdən indi əsas məqsədimiz gənc futbolçuları yetişdirməkdir. Əlbəttə, mümkün olduğu surətdə bizə lazım ola biləcək futbolcuları kluba gətirməyə calışacağıq. Bunlar isə həm yerli, həm də legioner ola bilər. - Təlim-məşq toplantısını harada keçirəcəksiniz? - Yanvarın 4-dən 24dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcəyik. Biz qalan oteldə “Sivasspor”, “Gənclərbirliyi” və Rusiyanın bir necə komandası olacaq. Əvəzedici heyətdən dəvət etdiklərimlə birlikdə 25-27 futbolçu sərəncamımda olacaq. 5-6 yoxlama matçı keçirmək niyyətindəyik. Bakıya döndükdən sonra da bir neçə oyun planlarımıza daxildir. - Turnir cədvəlində mövqeyiniz heçdə qənaətbəxş deyil. Mövsümün sonunda nəyə ümid edirsiniz? - Klub rəhbərliyi ilə görüşdə vəziyyəti ətraflı müzakirə etmişik. Əsas məqsədimiz növbəti mövsümdə rəqabətə davamlı heyət yaratmaqdır. Cari mövsümdə isə mümkün qədər irəli gedərək, yuxarıda məskunlaşmağa çalışacağıq. Komandanın azərkeşləri kluba sponsorluq etdiyi ücün “Azersun”a təşəkkür etməlidir. “Qarabağ” qaçqın rayonun komandası olduğundan şirkət rəhbərliyi ikiqat savab iş görür. - “Qarabağ”ın gələcəkdə hədəfləri nə olacaq? - İstəyərəm ki, burada mənim yoxluğumda belə daim zirvəyə oynayan komanda yaradım. Eyni zamanda sponsorlardan deyil, yetişdirdiyi futbolçularla pul qazana bilən komanda arzumdur. İnanıram ki, Klub rəhbərliyinin dəstəyi ilə buna nail ola biləcəyik. “Qarabağ”lıları uğurumuzla sevindirəcəyik... - Köməkçiləriniz kim olacaq? - Hər zaman çalışıram ki, inandığım insanlar məni əhatə etsin.Türkiyədən əvvəllərdə mənimlə işləmiş Tayfun Gürsel, qapıçilarla işləyəcək Aykut Çətin və “Qarabağ”ın uşaq komandalarının Baş Məşqçisi işləmiş Elşad Xudadatov mənim yardımçılarım olacaq. - Sizə yeni fəaliyyətiniz də uğurlar arzlayırıq ... - Cox sağ olun! Sizin jurnalınıza da (admin: “Sərhədsiz Futbol” jurnalı nəzərdə tutulur) uğur arzulayıram. Cünki, biz hamımız Azərbaycan futbolunun inkişafı naminə çalışırıq... RASİM KARA - KARYERASI. . .

Paylaş

// pop up