RASİM KARA: "TƏXMİNƏN 10 XAL HAKİMLƏRİN UCBATINDAN İTİRMİŞİK"
RASİM KARA: "TƏXMİNƏN 10 XAL HAKİMLƏRİN UCBATINDAN İTİRMİŞİK"
“Qarabağ”ın baş məşqçisi Rasim Kara “azerisport.com” saytına verdiyi müsahibədə komandasının mövcud vəziyyəti, uğursuz “İnter” – “Qarabağ” qarşılaşması və Berti Foqtsla görüşü haqda danışıb.
- Çox az adam düşünə bilərdi ki, uğursuz debütdən sonra – dörd oyuna dörd məğlubiyyət – sizing komanda 6-cı yerə qədər qalxa bilər.
- Mövsümün əvvəlində kollektiv oyun üçün bizə vaxt lazım idi. Amma görünür onlara bu müddət bəs etmədi. Bu haqda birinci turun sonunda danışdıq. Yalnız bundan sonra bizim oyunumuz düzəlməyə başladı. Çox şadam ki, yaxşı oyun göstəririk. Həmçinin kombinasiyalı və gözəl qollar vururuq. Bizim bədbəxtçiliyimiz yalnız hakimlərə görədir. Onların səhvlərindən 10 xala yaxın itkimiz olub. Bəzən olub ku, qolumuz qeydə alınmayıb. Bəzən isə futbolçulara açıq şəkildə yalandan oyundan kənar vəziyyətdə olduqlarını bildiriblər. Bütün bunlar bizim əhvalımızı pozur.
- Sizin 5-ci pilləyə qalxmağa da şansınız var. Hansı ki, indi həmin yerdə “Simurq” yerləşib...
- Bizim hətta dördüncü yüri də tutmağa imkanımız olardı. Amma “İnter” və “Xəzər – Lənkəran”dan xal fərqimiz çoxdur. On xal böyük fərqdir. Ona görə qalan turlarda gözəl oyun göstərmək lazımdır.
- Yeri gəlmişkən bazar günü “İnter”lə qarşılaşacaqsınız. Aradakı fərqi azaltmağa imkanınız olacaq.
- “İnter” çox güclü komandadır. Onlar bizim kuboka gedən yolumuzu bağladılar. Amma bilməlisiniz ki, bizim üçün kiminlə oynayacağımızın fərqi yoxdur. Meydana çıxacağıq və yalnız qələbə haqda düşünəcəyik.
- “Qarabağ”ın İntertoto kubokuna düşmək imkanı var. Sizcə qarabağlılar bu turnirdə iştirak edə biləcək?
- Bu barədə indi danışmaq olduqca çətindir. əvvəl lazım olan yeri tutmalıyıq və iştirak etmək hüququnu qazanmalıyıq. Ikincisi isə İntertoto kuboku indi başlamır. Mövsüm bitəndən sonra futbolçulara istirahət lazımdır. Deməli hələ İntertoto kubokunda iştirak etməkdən danışmaq tezdir.
- Cavanlaşdırma öz bəhrəsini verdi?
- Məncə hə. Gənclərin əvvəldən o qədər də təcrübəsi yox idi. Biz onları götürdük və indi çox gözəl oyun nümayiş etdirirlər. günü-gündən yaxşılaşırlar. Onlar gələcək üçün bizim lazımdır. Baxın – gənclərin yığmasında neçə oyunçu var. Bu fakt məni heç də şad eləmir.
- Bəs legionerlər?
- Legionerlər əllərindən gələni edirlər. digər komandalardan fərqli olaraq, “Qarabağ”da legioner azdır. Yeri gəlmişkən bi zonlara çox az pul veririk.
- Sizcə, bu il hansı komandanın çempion olmaq şansı var?
- Hal – hazırda “Olimpik”in yaxşı mövqeyi var. Bununla yanaşı o “Neftçi”dən dörd xal irəlidədir. Mənə elə gəlir ki, çempionatın lideri bu şansı əldən verməz. əgər “Neftçi” “Olimpik”ə qalib gəlsə idi, hər hansı bir dəyişiklik ola bilər. Amma hələ “Neftçi” heç nə itirməyib. Hər şey ola bilər, amma “Olimpik” daha üstün görünür.
- Onlar Çempionlar liqasında iştirak edə bilərlər?
- Bu suala cavab vermək olduqca çətindir. Hər şey komandanın hazırlığı və transferlərindən asılıdır.
- Yeri gəlmişkən millinin baş məşqçisi Berti Foqts "Qarabağ"ın məşqində iştirak edib...
- Biz onunla komanda haqqında söhbət etdik. Bununla yanaşı ötən günləri yada saldıq. Axı biz millidə olarkən bir-birimizə qarşı oynamışıq. mən ona "Qarabağ"ın gələcək planları barədə danışdım. onun isə bundan xoşu gəldi.