RASİM KARA TÜRKİYƏYƏ GETDİ
RASİM KARA TÜRKİYƏYƏ GETDİ
Növbəti mövsüm qarşısına yüksək hədəflər qoyan “Qarabağ” futbol Klubu cari çempionatın başa çatmamasına baxmayaraq, indidən hazırlıqlara başlayıb. Komandamızın baş məşqçisi Rasim Kara artıq bu məqsədlə Türkiyəyə yollanıb. Təcrübəli mütəxəssis, ilk növbədə “Qarabağ”ın yeni mövsümün hazırlıqlarının aparılacağı yeri müəyyənləşdirəcək. Eyni zamanda komandanın yeni mövsüm üçün geyim-ləvazimat təhcizatının təşkil olunmasına çalışacaq. Bundan başqa Rasim bəy qardaş ölkədə çempionatın sonunun yaxınlaşmasından istifadə edərək komandamıza yaralı ola biləcək futbolçularla maraqlanacaq. “Qarabağ” Futbol Klubunun direktoru Emrah Çelikel qeyd olunan məslələrin həll olunması üçün yaxın günlərdə Türkiyəyə yollanması gözlənilir. Rasim Karanın Türkiyədə olması ilə əlaqədar olaraq növbəti turda “Simurq”la matça komandanı Rasim Karanın köməkçisi Tayfun Gürsel matça çıxaracaq.
