RASIM KARA VƏTƏNINƏ QAYITDI.("Futbol Dünyası, 21.12.2006)

single-news
21 Dek 2006

RASIM KARA VƏTƏNINƏ QAYITDI.("Futbol Dünyası, 21.12.2006)



“Qarabağ” 5 futbocuyla yollarını ayırdı Bu günlərdə “Qarabağ”ın baş məşqçisi təyin olunmuş Rasim Kara artıq vətəninə yola düşüb. Türkiyəli mütəxəssisin öz vətənində bir necə yerli futbolcu ilə danışıqlar aparaçağı gözlənilir. Bununla yanaşı, “Qarabağ” 5 yerli futbolcuyla müqavilə bağlayıb. Bunlar ilk dövrədə “Şahdağ”ın şərəfini qorumuş İsabala İsrafilov, Timur İsrafilov, Nodar Məmmədov, Osman Umarov və “Simurq”da çıxış edən Tagim Novruzovdur. Beş futbolçunun hər biri ilə üç illik müqavilə imzalayıb. Eyni zamanda, Ağdam klubundan ayrılacaq futbolçuların kimliyinə də aydınlıq gəlib. Bunlardan biri əvvəlcədən də xəbər verdiyimiz kimi, serb legioner Sloodan Sladoyeviçdir. Komandadan göndəriləcək digər futbolçular isə Xaliq Mərdanov, Vasif haqverdiyev, Ramiz hüseynov, Elmir Xankişiyev, Müşfiq Hüseynov və Mübariz Orucovdur.

Paylaş

// pop up