Rauf 6 həftəlik sıradan çıxdı
19 Sen 2011
Rauf 6 həftəlik sıradan çıxdı
Rauf Əliyev sıradan çıxdı. `Qarabağ`ımızın forvardı sonuncu turda `Xəzər-Lənkəran`la oyunda aldığı zədə səbəbindən ən azı 6 həftə meydana çıxa bilməyəcək. Görüşün 43-cü dəqiqəsində rəqib düşərgədən Elnur Allahverdiyevin zərbəsinə düçar olan Raufun diz qapağında qismən qopma meydana gəlib. Bu səbəbdən 22 yaşlı forvard ən azı 1 ay `dincəlməlidir`. Raufun noyabrın ortalarında geri dönəcəyi ehtimal olunur.