Rauf Əliyev: Etimadı doğrultmaq üçün diqqətli olmalıyam (apasport.az)

single-news
16 Fev 2010

Rauf Əliyev: Etimadı doğrultmaq üçün diqqətli olmalıyam (apasport.az)



“Əlbəttə, milli komandaya çağırılmaqla bağlı xəbərin gətirdiyi sevinc ifadə olunmazdı. Demək olar ki, bütün yaş qruplarından ibarət komandaların formasını geyinmişdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın hücumçusu Rauf Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.

İlk dəfə əsas milli komandaya çağırılan 21 yaşlı futbolçu fevralın 25-də İordaniya, martın 3-də Lüksemburqla yoldaşlıq görüşlərində oynamaq şansı qazanıb. Buna görə milli komandamızın baş məşqçisi Berti Foqtsa minnətdar olan Əliyev onun etimadını doğrultmaq fikrindədir: “16 yaşımda “Qarabağ”ın əsas heyətində debüt etmişdim. Sonralar əlimə düşən imkandan maksimum yararlanmağa çalışırdım. Milliyə məni dəvət edənlərə öz təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün daha diqqətli olmalıyam. İlk növbədə heyətə düşməyə çalışmalıyam. Bilirəm ki, hər kəsə belə şans nəsib olmur. Ona görə də bu imkandan maksimum yararlanmalıyam”.

Qeyd edək ki, Vaqif Cavadovun gedişindən, Vüqar Nadirovun zədələnməsindən sonra Rauf hazırda “Qarabağ”ın əsas hücumçusudur.

Paylaş

// pop up